Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir

Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir
11:17 20 Oktyabr 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ əhalisinin yarısından bir qədər az hissəsi (42%) dövlət başçısı Donald Trampı ölkə tarixinin ən pis prezidentlərindən biri hesab edir.
"Report" "RİAFan"a istinadən xəbər verir ki, "Marist Poll" şirkətinin keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.
Hər beş amerikalıdan yalnız biri (19%) D.Trampın orta səviyyəli prezident sayılacağına inanır. Respondentlərin cəmi 7%-i onun ABŞ tarixinin ən yaxşı prezidenti olacağını düşünür.
"Donald Trampın prezidentliyinin ilk ilinin geridə qalan xeyli müddəti ərzində reytinqinin aşağı olması tarixin onu necə mühakimə edəcəyi ilə bağlı gözləntilərini azaldıb", - şirkət nümayəndəsi Li M.Mirinqoff bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sorgu-amerikalilarin-42-i-donald-trampi-abs-tarixinin-en-pis-prezidenti-hesab-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR