"Avtobusda yaşlılara yer verməyin" - Tanınmış professor

"Avtobusda yaşlılara yer verməyin" - Tanınmış professor
11:17 20 Oktyabr 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

İctimai nəqliyyat vasitələrində yaşlılara yer vermək müsbət hal kimi qiymətləndirilsə də, mütəxəssislər bunun əksini deyirlər.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Oksford universitetinin professoru düşünür ki, yaşlı insanların ictimai nəqliyyatda ayaq üstə qalması onların sağlamlığı üçün daha xeyirlidir.

Professor Muir Grat yaşlılara oturaq həyat tərzindən uzaqlaşıb, gündə 10 dəqiqə piyada gəzməyi, liftə minmək yerinə pilləkənlərlə çıxmağı tövsiyə edib.

"Yaş artdıqca daha çox hərəkət etməliyik. Gündə 10 dəqiqə piyada gəzin. Lift əvəzinə pilləkənlərlə qalxın. Avtobusda, metroda yaşlı birinə yer verəndə 2 dəfə düşünün. Yaşlılara yer verməyin. Ayaq üstündə qalmaq onlar üçün daha xeyirlidir".

O qeyd edib ki, yaşı 30-dan yuxarı olan şəxslər gündəlik idmanla məşğul olarsa, bədənləri 10 yaşa qədər cavanlaşa bilər".

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/592027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR