"Kimdənsə çörəyim-suyum gəlmirsə, həqiqəti deyirəm" - Təranə - VİDEO - FOTO

"Kimdənsə çörəyim-suyum gəlmirsə, həqiqəti deyirəm" - Təranə - VİDEO - FOTO
12:22 20 Oktyabr 2017
59 Şou
Ölkə mətbuatı
A- A+

ARB Ulduz-un "Virtual həyat" proqramının budəfəki qonağı prodüser Təranə Səmədova olub.

Milli.Az bildirir ki, Təranə Səmədova bildirib ki, istəməz ki, səbəbsiz yerə qalmaqalda adı hallansın: 

"Yenə Təranə qalmaqal elədi. Bu söhbətlər məni yorur. Hardasa haqqımı tələb edirəm, hardasa sözümü deyirəm və nəticədə adım qalmaqallı olur.

Hər tanınmış cürət edib bu düzü deyə bilmir. Düşünürəm ki, bəlkə, onlar düzdü, bəlkə, mən düzəm".

Söz-söhbətlərə səbəb olacaq açıqlamaları ilə ətrafına düşmən yığan prodüserin söylədiklərindən belə aydın olur ki, o, bu vəziyyətdən qətiyyən narahat deyil:

"Kimsə mənim hansısa haqlı sözümdən inciyib düşmənə çevrilirsə, bu, məni elə də narahat etmir. Mən saxtakarlıq edib kiminsə xoşuna gəlmək üçün heç nə etmərəm. Kimdənsə çörəyim-suyum gəlmirsə, həqiqəti deyirəm və o, məni düşmən gözündə görürsə, Allah canını sağ etsin".

Bəzi müğənnilərin səslərini dəyişib özlərinin prodüserliyini etdiyini lağa qoyan Təranə Səmədova bilinən bir məsələni yenidən ifşa etdi:

"Son 1-2 ildir ki, müğənnilərin əksəriyyəti prodüsersizdir. Onlara zəng edirsən, özü cavab verir, ancaq özünü müğənninin prodüseri kimi təqdim edir. Dəfələrlə belə hadisələrin şahidi olmuşam".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Müğənnilərə zəng edəndə, özlərini öz prodüserləri kimi təqdim edirlər" - Təranə


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/592089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR