Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib

Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib
12:32 20 Oktyabr 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux. 20 oktyabr. REPORT.AZ/ Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Aslan qızı Allahverdiyeva əri tərəfindən ailə münaqişəsi zamanı döyülüb. 
Müxtəlif dərəcəli xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samuxda-kisi-arvadini-doyerek-agir-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR