“O Səs Türkiyə” münsifindən İNANILMAZ açıqlama: “Hamımız irqçilik edə bilərik”

“O Səs Türkiyə” münsifindən İNANILMAZ açıqlama: “Hamımız irqçilik edə bilərik”
12:33 20 Oktyabr 2017
69 Şou
Ölkə mətbuatı
A- A+

“O Səs Türkiyə” yarışmasında münsif kürsüsündə oturan Gökhan Özoğuz Yıldız Tilbenin iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsiylə bağlı açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni belə bir hadisə yaşanmadığını deyib:

"Nə mübahisə olub, nə də Yıldız Tilbe irqi-ayrıseçkilik edən insandır. Hamımız irqçi ola bilərik, lakin Yıldız ola bilməz" dedi.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Türkiyə mətbuatında Yıldız Tilbenin "O Səs Türkiyə” proqramında iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsi ilə bağlı xəbərlər yayılmışdı. Hətta buna görə Gökhanla Yıldız arasında qalmaqal yaşanmış, çəkilişlərin ləğv edildiyi iddia edilmişdi. Yıldız Tilbe bu xəbərləri təkzib etmişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/217692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR