Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər

Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər
12:37 20 Oktyabr 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər. Bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. 
Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lizenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində həqiqətən də böyük problemlər yaşayırıq".
Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".
Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Hazırda Qusarda “Şahdağ” Qış-Yay Turizm, Qəbələdə “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-idmancilari-olimpiadadan-kenarda-qala-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR