Ontario parlamentinin üzvü: "Azərbaycanla münasibətlər hər iki tərəf üçün faydalıdır"

Ontario parlamentinin üzvü: "Azərbaycanla münasibətlər hər iki tərəf üçün faydalıdır"
12:42 20 Oktyabr 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Kanada Ontario vilayətinin parlamentinin üzvü Natali de Rosye vilayətin qanunverici orqanında çıxışı zamanı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, o, çıxışı zamanı bayram münasibətilə Kanadanın Azərbaycan icmasını təbrik edib. Natali de Rosye xatırladıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edilib.
"Müstəqillik Azərbaycana bu gün burada - Ontarida zövq aldığımız mədəniyyətini qorumağa imkan verib. Azərbaycan və Ontario arasındakı tərəfdaşlıq və dostluq münasibətlərinin dəyərini anlayıram. Münasibətlər hər iki tərəf üçün faydalıdır. Azərbaycan icmasına unudulmaz Müstəqillik günü arzulayıram", - o bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ontario-parlamentinin-uzvu-azerbaycanla-munasibetler-her-iki-teref-ucun-faydalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR