Gələn il Azərbaycanda əsas kapitala 16 mlrd. manat yatırılacaq

Gələn il Azərbaycanda əsas kapitala 16 mlrd. manat yatırılacaq
12:42 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 mlrd. manat məbləğində proqnozlaşdırılır.
“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 51,5%-i daxili, 48,5%-i isə xarici investisiyalar olacaq. Dövlət investisiyalarının payı 42,8%, qeyr-dövlət investisiyalarının payı isə 57,2% təşkil edəcək.
İnvestisiyaların 6,4 mlrd. manatı neft sektoruna, 9,5 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək.
Son nəticədə, 2018-ci ildə Azərbaycanda orta aylıq real əmək haqqının 0,5% artaraq 549,7 manata çatacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/gelen-il-azerbaycanda-esas-kapitala-16-mlrd-manat-yatirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR