Ərdoğan: "D-8-in tərkibi genişlənməlidir"

Ərdoğan: "D-8-in tərkibi genişlənməlidir"
12:47 20 Oktyabr 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

D-8-in ("İnkişafda olan səkkizlər") tərkibi genişlənməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İstanbulda D-8 sammitində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, D-8 ölkələri arasında iqtisadi və siyasi əlaqələr genişlənməlidir və bu ölkələr ticarətdə milli valyutalardan istifadə etməlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak etmək İstanbula gəlib.

D-8 sammiti bu gün İstanbulda keçirilir. Sammitdə üzv-ölkələr Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR