Ərəb ölkələri Azərbaycandan bir sıra güzəştlər xahiş edib

Ərəb ölkələri Azərbaycandan bir sıra güzəştlər xahiş edib
12:52 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyası Azərbaycana ikiqat vergiqoymanı ləğv etməyi, ərəb ölkələrindən məhsul idxalına gömrük rüsumlarını azaltmağı və ölkələr arasında maliyyə əməliyyatlarını sadələşdirməyi təklif edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycanla Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurası arasındakı biznes forumu zamanı Ticarət Palataları Federasiyası baş katibi Əbdülrəhim Həsən Nağı deyib.

Digər təkliflər arasında baş katib dəniz marşrutlasrının yaradılması, viza rejiminin sadələşdirilməsi və vizanın alınması üçün rüsumun azaldılması imkanlarını qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/592114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR