Azərbaycanda vergi orqanlarının büdcə öhdəlikləri artırılır

Azərbaycanda vergi orqanlarının büdcə öhdəlikləri artırılır
13:07 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gələn ilin Azərbaycan dövlət büdcəsində daxilolmaların 39,3%-i və yaxud 7,907 mlrd. manatı Vergilər Nazirliyinin payına düşəcək.
“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 262 mln. manat və yaxud 3,4% çoxdur.
Dövlət Gömrük Komitəsinin büdcə yükü isə 8% və yaxud 180 mln. manat artırılaraq 2,43 mlrd. manata çatdırılıb. Bu, gələn il gözlənilən ÜDM-in 3,5%-i qədər, büdcə gəlirlərinin isə 12,1%-i qədərdir.
Əvvəlcədən qeyd olunduğu kimi, 2018-ci ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 9,216 mlrd. manat transfert ediləcəyi, 574 mln. manat isə digər mənbələrdən (o cümlədən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat) gözlənilir.
Xatırladaq ki, 2018-ci ilin büdcə gəlirləri 20,127 mlrd. manat məbləğində proqnozlaşdırılır ki, bu da gözlənilən ÜDM-in 28,9%-i olmaqla 2017-ci ilin proqnozundan 20% və yaxud 3,361 mlrd. manat çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-vergi-orqanlarinin-budce-ohdelikleri-artirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR