Sinoptiklərdən müjdə

Sinoptiklərdən müjdə
13:05 9 Yanvar 2015
175 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yanvarın 7-dən müşahidə edilən soyuq hava şəraitindən sonra sabahdan başlayaraq temperatur yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yaxın iki gün ərzində ölkə ərazisində temperatur 3-5 dərəcə yüksələcək.

Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti müşahidə ediləcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR