Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilərlər

Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilərlər
13:12 20 Oktyabr 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər.

Milli.Az xəbər verir ki, bu barədə report-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. 

Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lizenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində, həqiqətən də, böyük problemlər yaşayırıq".

Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Hazırda Qusarda "Şahdağ" Qış-Yay Turizm, Qəbələdə "Tufan" Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR