Bibiheybət yolunda hərəkət məhdudlaşdırılacaq

Bibiheybət yolunda hərəkət məhdudlaşdırılacaq
14:02 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) Bibiheybət yolunun (Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkətini qismən məhdudlaşdıracaq. 
Bu barədə agentlikdən "Report"a daxil olan məlumatda bildirilib.
"Rənglənmə işlərinin saat  18:00-a qədər yekunlaşdırılması nəzərədə tutulur. Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur",- deyə BNA xəbərdarlıq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bibiheybet-yolunda-hereket-mehdudlasdirilacaq56

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR