Təhsilə 2 milyard manatdan çox vəsait ayrıldı

Təhsilə 2 milyard manatdan çox vəsait ayrıldı
14:17 20 Oktyabr 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

2018-ci il dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2%, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrdə qeyd edilib.
 
Sənəddə qeyd edilib, təhsil xərcləri üçün ayrılmış vəsaitin 1082,1 milyon manatı və ya 54,1 faizi ümumi təhsil xərclərinin, 628,3 milyon manatı və ya 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.) 175,3 milyon manatı və ya 8,7 faizi məktəbəqədər təhsil xərclərinin, 41,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinin, 42,7 milyon manatı və ya 2,1 faizi ali təhsil xərclərinin (Azərbaycan respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, "ADA" Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Bakı Xoreoqrafiya Akademiyasının, Ədliyyə Akademiyasının və digər təhsil müəssisələrinin fəaliyyətinin maliyyət təminatı ilə bağlı xərclər), 28,0 milyon manatı və ya 1,4 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyəlləşdirilməsinə yönəldiləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR