Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatacaq

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatacaq
14:24 20 Oktyabr 2017
37 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin gələn il başa çatdırılması nəzərdə tutulur.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın 2018-ci il Dövlət büdcəsi layihəsində bildirilib. Sənəddə qeyd edilib ki, bu məqsədlə respublikanın qalan 26 şəhər və rayonunda, o cümlədən Şəki, Mingəçevir və Naftalan şəhərlərində, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Oğuz, Zaqatala,Zəngilan, Qax, Qazax, Qəbələ, Tovuz, Goranboy, Kəlbəcər, Xocalı, Yevlax, Tərtər, Laçın, Füzuli, Xocavənd, Cəbrayıl, Göyçay rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılıb.

 

Bununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70,6 milyon manat vəsait proqnozlaşdırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR