Azərbaycanda borclanma siyasəti sərtləşdirilir

Azərbaycanda borclanma siyasəti sərtləşdirilir
14:39 20 Oktyabr 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

Dövlətin orta və uzunmüddətli borc siyasəti strategiyası hazırlanıb.

 

"APA-Economics" xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

 

Sənəddə vurğulanıb ki, strategiyada borcun tədricən azaldılması növbəti ildən başlayaraq dövlətin birbaşa və dövlət zəmanəti əsasında dövlət müəssisələrinin xarici kredit qurumlarından borc alınmasının sərt çərçivələri müəyyən olunub və yalnız ölkənin prioritet hesab olunan edilən layihələrin maliyyələşdirilməsi üçün kredit vasitələrinin cəlb edilməsi nəzərdə tutulub.

 

Azərbaycanın 2018-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi  (limiti) 700 mln. manat (2017-ci ilə nisbətən 300 mln. manat və ya 30% az), xarici dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat (2017-ci ilə nisbətən 3,5 mlrd. manat və ya 77,8% az), il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 mlrd. manat (217-ci ilə nisbətən 6 mlrd. manat və ya 60% az) məbləğində proqnozlaşdırılıb. Bununla yanaşı, dövlətə məxsus olan hüquqi şəxslərin birbaşa borclanmasının da sərtləşdirilməsi istiqamətində zəruri addımlar atılıb. Belə ki, Azərbaycan prezidentinin 2016-cı il 28 dekabr tarixli fərmanı ilə "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydası" təsdiq edilib. Eyni zamanda, qeyd edilən fərmanın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edən qanun və onların tətbiq edilməsi barədə müvafiq fərman layihələri hazırlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR