Bununla həmin cinayətləri daha da artıracağıq - Deputat

Bununla həmin cinayətləri daha da artıracağıq - Deputat
14:58 20 Oktyabr 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

“İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik. İnsanları bilə-bilə ağır xəstəliyə yoluxdurursa, azadlığını məhdudlaşdırıması cəzasını alternativ kimi təklif etmək doğru deyil”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, vəzifəsini lazımi şəkildə yerinə yetirmədiyinə görə, bir şəxsi İİV-ə yoluxdurmaya görə 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması doğru yanaşma deyil: “Çünki, bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yolxudurana 3 il cəza məqamları arasında uyğunsuzluq var”.

Millət vəkili həmçinin qanunsuz abort etmə ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasını verməkdə tələskənliyə yol verməməyə çağırıb: “Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq Azərbaycanda selektiv abortların sayı artır. Abort həm də uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində belə deyil. Çünki, təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun müalicə olunub cəmiyyətə qayıtmır. Bunun əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq”.

Millət vəkili cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub:

“Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdır? Bu insanların islah işlərinə qoşulmasının tərəfdarıyam”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/217733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR