Putin sabiq FİFA prezidentini mundiala dəvət etdi

Putin sabiq FİFA prezidentini mundiala dəvət etdi
15:05 20 Oktyabr 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın sabiq prezidenti Yozef Blatter 2018-ci il dünya çempionatını izləmək üçün Rusiyaya gələcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 81 yaşlı funksioner RF prezidenti Vladimir Putindən dəvət alıb.

Blatter 2015-ci ildə postunu tərk etmişdi. Həmin ilin dekabrında isə 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmışdı. 2016-cı ilin fevralında FİFA Apellyasiya Komitəsi onun cəzasını 6 ilə endirmişdi. 2018-ci il dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR