“Bank VTB (Azerbaijan)”ın depozit portfeli artıb

“Bank VTB (Azerbaijan)”ın depozit portfeli artıb
15:07 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin depozit portfelinin həcmi rüblük müqayisədə 4,3 mln. manat və ya 2,4% artaraq oktyabr ayının 1-nə 183,4 mln. manat təşkil edib. Depozit portfelinin 142,9 mln. manatı bank və digər maliyyə institutlarının payına düşüb.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Cari ilin III rübün sonuna Bankın kredit portfeli 304,5 mln. manat təşkil edib. Kredit portfelinin 60%-dən çoxu hüquqi şəxslərin və sahibkarların payına düşüb: təxminən 47% ticarət və xidmət sahəsinə, 15% isə sənaye sektorundakı layihələrə yönəldilib.
Hesabat dövrü ərzində Bankın aktivləri 395 mln. manatı keçib, bankın rüblük mənfəəti isə 2,4 mln. manat təşkil edib.
Normativ tələbləri 5% və 10% olan birinci və ikinci dərəcəli kapital adekvatlığı üzrə göstəricilər müvafiq olaraq 33,54% və 50,69% təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-azerbaijan-in-depozit-portfeli-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR