Bu ilin 6 ayında Azərbaycanda toplanılan qanın miqdarı açıqlanıb

Bu ilin 6 ayında Azərbaycanda toplanılan qanın miqdarı açıqlanıb
15:27 20 Oktyabr 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 234 qanvermə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ümumilikdə paytaxt və regionlarda keçirilən aksiyalarda 63 787 nəfər donor iştirak edib. Nəticədə keçirilən qanvermə aksiyalarında 29979,9 litr qan toplanıb.
Xatırladaq ki, tədarük olunan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bu-ilin-6-ayinda-azerbaycanda-toplanilan-qanin-miqdari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR