Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var

Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
16:22 20 Oktyabr 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 20 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini, 23 yaşlı Xəyal Fəxrəddin oğlu Quluyevə məxsus "Mercedes" markalı mikroavtobusla Firdovsi Verdiyevin idarə etdiyi "Shacman" markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şahidlərin sözlərinə görə, yük avtomobili yol kənarında dayanan mikroavtobusu arxadan vurub. Qəza zamanı mikroavtobusda sərnişinlər olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-mikroavtobusla-yuk-masini-toqqusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR