Kurık limanından 1 mln. tonuncu yük Bakı limanına göndərilib

Kurık limanından 1 mln. tonuncu yük Bakı limanına göndərilib
16:22 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Xəzər dənizindəki Kurık limanından 1 milyon tonuncu yük Bakı limanına göndərilib.
“Report” xəbər verir ki, Qazaxıstan KİV-i bu barədə Mangistau əyalətinin kommunikasiya xidmətinə istinadən məlumat yayıb.
Rəsmi məlumata görə, 1 milyon ton yükdən 548 min tonu ixraca göndərilib, 452 min ton isə idxalın payına düşüb. Kurık limanından yüklər Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya istiqamətlənir. Hazırda Kurık bərə kompleksindən Qazaxıstanın taxıl, kömür, neft məhsulları, gübrə, kimyəvi maddələri, eyni zamanda Çin, Qırğızıstan, Özbəkistandan tranzit yükləri ixraca göndərilir.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/kurik-limanindan-1-mln-tonuncu-yuk-baki-limanina-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR