İlk dəfə cinayət törədən şəxslərin cəzaları yüngülləşdirilməlidir - Komitə sədri

İlk dəfə cinayət törədən şəxslərin cəzaları yüngülləşdirilməlidir - Komitə sədri
16:52 20 Oktyabr 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cinayət Məcəlləsinə edilən dəyişikliklər bir çox Avropa ölkələrinə göndərilə bilər. Bu dəyişikliklərdə nəzərdə tutulan məsələlərin bir sıra Avropa ölkələrində heç müzakirələri də başlanmayıb. Onlar bəzi məsələlərdə bu sənəddən istifadə edə bilərlər".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentin plenar iclasında Azərbaycan prezidenti tərəfindən Milli Məclisə göndərilən Cinayət Məcəlləsinə bəzi dəyişiklərin edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
 

Komitə sədri bildirib ki, dəyişikliklərin edilməsində əsas məqsəd humanizm tədbirlərinin həyata keçirilməsi, birinci dəfə cinayət törədən şəxslərin cəzalarının müəyyən qədər yüngülləşdirilməsidir:

"Narkomaniya ilə mübarizə tarixi onu göstərir ki, məcburiyyətlə həyata keçirilən tədbirlər effekt vermir. Bu artıq reallıqdır. Bu baxımdan Cinayət Məcəlləsinin 74.1 və 93.4 maddələrinə biz bir daha baxa bilərik. Təbii ki, satmaq və yaymaq, xüsusən təşviqetmə məsələsində heç bir güzəşt ola bilməz".



Millət vəkili qeyd edib ki, burada çox ciddi tədbirlər həyata keçirilməlidir: "Məcəllənin 93.4-cü maddəsində xüsusi olaraq göstərilir ki, həkim komissiyası buna rəy verirsə, burada komissiyanın rəyinə üstünlük verilməlidir. Ümumiyyətlə, biz gələcəkdə narkomaniya ilə bağlı xüsusi yanaşma təqdim etməliyik. Qanunun fəlsəfəsi insanları cinayətdən çəkindirməyə, eyni zamanda insanların onlara yanaşmasının dəyişməsidir. Buna görə cənab prezidentə öz təşəkkürümüzü bildirik".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR