Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
17:37 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin AZ2022008687 ISIN-li, 25 mln manatlıq, 18 il (6 480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, nominal qiyməti 1 000 manat olan 25 min istiqrazın ilkin hərrac qiyməti 1 003,5 manat olub.
Hərracda tələb təklifə bərabər olub və qiymətli kağızların hamısı yerləşdirilib.
İstiqrazların ödəmə tarixi 6 iyun 2035-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-i-poteka-fondunun-istiqrazlarinin-yerlesdirilmesi-uzre-herrac-kecirilib-a-a-a-a-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR