Mağazalara qənim kəsilən dəstə üzvləri saxlanıldı - FOTO

Mağazalara qənim kəsilən dəstə üzvləri saxlanıldı - FOTO
17:52 20 Oktyabr 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən və Tovuz rayonlarında mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 21-də naməlum şəxslər Siyəzən rayonunda İsgəndər İsgəndərova məxsus mağazanın şüşəsini sındıraraq obyektə daxil olub, oradan pul, tütün məmulatları və digər əşyalar oğurlamaqla zərərçəkənə ümumilikdə 2400 manat ziyan vurublar.

Siyəzən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Emin Muradov, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Eşqin Ələkbərov və Elşən Novruzov tutularaq istintaqa cəlb olunublar. Saxlanılan zaman onlara məxsus idman çantasından cinayətdə istifadə etdikləri maskalar, metal linglər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.

Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərinin də üstü açılıb. Belə ki, onlar ifadələrində Tovuz rayonunda da 2 mağazadan oğurluq etdiklərini də etiraf ediblər.

Qeyd edilən faktlarla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR