“Azercell” abunəçilər üçün "iPhone 8" kampaniyası keçirir

“Azercell” abunəçilər üçün "iPhone 8" kampaniyası keçirir
17:57 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ “iPhone 8” və “iPhone 8 Plus” cihazlarıının Azərbaycanda rəsmi təqdimatçısı olan “Azercell Telecom” müştərilərinə yeni kampaniya təqdim edib. “Report” xəbər verir ki, kampaniya çərçivəsində yeni abonentlər 109 manat ödəməklə “iPhone 8” smartfonunu əldə edə biləcəklər.
Bundan əlavə, onlar hər ay 30 GB həcmində “Hədsiz” internet paketini əldə edəcəklər.
Qurumun açıqlamasında deyilir ki, 20-26 oktyabr tarixlərində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün “Hədsiz” tarifindən pulsuz istifadə qazanacaqlar.
Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər oktyabrın 20-26-da "Azercell"in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 27 oktyabr-3 noyabr tarixlərində isə "Azercell"in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar (telefonların sayı məhduddur).
Qeyd etmək lazımdır ki, “iPhone 8” və “iPhone 8 Plus” mobil telefonları “iPhone”un ən yeni nəsil modelləri olub, yeni kamera sistemi və dizaynı ilə seçilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-abuneciler-ucun-iphone-8-kampaniyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR