Bakıda qlobal kapital bazarları müzakirə olunub

Bakıda qlobal kapital bazarları müzakirə olunub
18:17 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün ADA Universiteti və "SOCAR Capital" şirkətinin təşkil etdiyi "Qlobal kapital bazarlarında fəaliyyət və uğurlar" mövzusunda tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə qlobal kapital bazarları barədə məlumat verilib, Azərbaycanın kapital bazarının inkişaf perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən "PAŞA Holdinq" MMC-nin İdarə Heyəti sədrinin I müavini Cəlal Qasımov ölkənin kapital bazarının potenasialından, bankların kapital bazarında iştirakından danışıb və qeyd edib ki, bazarın inkişafı üçün addımlar atılmalıdır.
Bakı Fond Birjası İdarə Heyətinin sədri Vüqar Namazov kapital bazarları, müasir dövrün tələbləri mözvusunda çıxış edib, həmçinin BFB-nin fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu kapital bazarlarında 2027-ci ilə qədər gözləntilərdən danışıb.
O, bir ildir dövriyyəyə buraxılan SOCAR istiqrazları barədə də məlumat verərək qeyd edib ki, bu istiqazların Azərbaycan maliyyə bazarının inkişafı baxımından da böyük rolu var.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bakida-qlobal-kapital-bazarlari-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR