D-8 ölkələrinin birgə universiteti yaradılacaq - İRANDA

D-8 ölkələrinin birgə universiteti yaradılacaq - İRANDA
18:53 20 Oktyabr 2017
27 Digər
Ölkə mətbuatı
A- A+

"İranda D-8 sammiti ölkələrinin birgə universiteti yaradılacaq".

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu universitetdə bütün D-8 ölkələrinin tələbələri təhsil ala bilər.

R.T.Ərdoğan həmçinin əlavə edib ki, D-8 ölkələri bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak edib.

D-8 sammiti bu gün İstanbulda baş tutub. Sammitdə üzv-ölkələr Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/217768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR