"Azəryol" müəmması, yaxud gözəl, sən haralısan? - FOTO

"Azəryol" müəmması, yaxud gözəl, sən haralısan? - FOTO
19:17 20 Oktyabr 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

"Azəryol" həndbol klubu növbəti müəmmalı olayla diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komanda rəhbərliyi yenidən legionerlərin vətəndaşlığını dəyişərək, "azərbaycanlı" ediblər. Bu, klubun rəsmi saytında təqdim olunub.

Belə ki, "Çelenc Cup" üçün Avropa Həndbol Federasiyasını aldada bilməyən Bakı təmsilçisi "qisası"nı yerli azarkeşlərdən alıb.

İslam Həmrəyliyi Oyunlarında yığmamızın şərəfini qorumuş Anastasiya Metelska, Oksana Orexova, Mariya Raçitelyeva və Anna Burova yerli həndbolçu kimi göstərilib. Halbuki, Metelska ukraynalı, digərləri rusiyalıdı.

Bununla yanaşı, Burova, Metelska, Orexova və Raçitelyeva avrokubok üçün də müraciət olunub. Lakin Azərbaycan Həndbol Federasiyası və klub rəhbərliyi həmin oyunçuları yerli publikaya "azərbaycanlı" kimi təqdim etsələr də, Avropa Həndbol Federasiyasına əcnəbi kimi sifariş ediblər.

Digər əcnəbilərin ölkəsi isə düzgün qeyd edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR