Sabah Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

Sabah Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək
19:37 20 Oktyabr 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 20 oktyabt. REPORT.AZ/ "Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçki keçiriləcək. Gürcüstan qanunvericiliyinə görə, oktyabrın 21-i ölkədə qeyri-iş günüdür".
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya oktyabrın 20-də keçirdiyi brifinqdə deyib.
MSK sədri deyib ki, sabah seçicilər 2058 bələdiyyə üzvü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərlə əlaqədar 22 siyasi partiya, 5 seçici bloku və təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib.
T.Jvaniyanın sözlərinə görə, seçkilərdə 369 şəxsin mer vəzifəsinə, o cümlədən 13 nəfərin Tbilisi şəhər meri vəzifəsinə namizədliyi irəli sürülüb.
Majoritar namizədlərin sayı 4727, partiya siyahısında namizədlərin sayı 12902 nəfərdir.
Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi səsverməyə tam hazırdır.
Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Onlardan 54389 –u seçici subyektinin, 20641- yerli təşkilatların, 581-i isə beynəlxalq təşkilatların müşahidəçiləridir.
Prosesi həmçinin 4820 jurnalist izləyəcək.
MSK sədrinin sözlərinə görə, seçki məntəqələri bütün lazımi avadanlıqla təmin olunub. Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.
Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər çap olunub. Azərbaycan-gürcü dilində olan bülletenlər 208 seçki məntəqəsinə, gürcü-erməni dilində olan bülletenlər isə 133 məntəqəyə paylanılıb.
Səsvermə oktyabrın 21-də saat 8:00-da başlayacaq, saat 20:00-da başa çatacaq və məntəqələr bağlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/sabah-gurcustanda-yerli-ozunuidareetme-orqanlarina-seckiler-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR