Bitkoinin qiyməti 6 000 dollar həddini keçib

Bitkoinin qiyməti 6 000 dollar həddini keçib
19:37 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Qlobal bazarda bitkoinin qiyməti 6 000 dollar səviyyəsini ötüb. "Report" xəbər verir ki, hazırda bitkoin dünənə nisbətən 320 dollar və ya 5,6% bahalaşaraq 6 015 dollara satılır.
Bir müddət əvvəl Çin, Rusiya və Avropa İttifaqı (Aİ) bitkoinin ilkin emissiyasına (IPO) qadağa qoyacağını bildirdikdən sonra bitkoinin qiyməti 2 həftə ərzində 40% azalma ilə 5 000 dollardan 3 000 dollara qədər geriləyib. Daha sonra isə Beynəlxalq Valyuta Fondu (IMF) kimi önəmli maliyyə təşkilatının bitkoinin legitimliyini tanımasını açıqlamasından sonra tələbin canlanması ilə yenidən yüksəlmə başlayıb.
Xatırladaq ki, beləliklə ilin əvvəlinmdən bitkoinin qiyməti 6 dəfə bahalaşıb. Bahalaşmanın davam edəcəyi gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bitkoinin-qiymeti-6-000-dollar-heddini-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR