CONCACAF prezidentindən FİFA-ya TƏKLİF

CONCACAF prezidentindən FİFA-ya TƏKLİF
19:47 20 Oktyabr 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Şimali və Mərkəzi Amerika ölkələrinin milli assosasiyalarını özündə birləşdirən CONCACAF prezidenti Viktor Montalianni FİFA-ya milliləşdirmə ilə bağlı tövsiyə edib.

Milli,Az goal.az-a istinadən xəbər verir ki, qurum rəhbəri milliləşdirmə qaydalarını yumşaltmağı məqsədəuyğun sayıb.

"Son illər qloballaşma və miqrasiya ilə bağlı çoxsaylı problemlər ortaya çıxıb. Buna diqqət yetirib çıxış yolu axtarmaq lazımdır ki, futbolun tamlığına zərər gəlməsin" - Montalianni deyib.

Hazırki qaydalar bir milli komandada rəsmi oyun keçirən futbolçunun başqa millidə oynamasına icazə vermir. Kabo-Verde Futbol Federasiyası daxil olmaqla bəzi assosasiyalar təklif edir ki, futbolçu bir millidə 1-2 oyuna çıxıbsa və orda oynamaq üçün real şansı qalmayıbsa, başqa milli komandaya çağrılsın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR