Erməni hərbçi əsgər yoldaşını güllələyib

Erməni hərbçi əsgər yoldaşını güllələyib
19:47 20 Oktyabr 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ermənistanın Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağatıcı alayının ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.
"Report"un məlumatına görə, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermeni-herbci-esger-yoldasini-gulleleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR