Siqaret çəkənlər vergiyə cəlb edilə bilər

Rusiya Səhiyyə Nazirliyi "siqaretlərə ekoloji vergi"nin tətbiqini təklif edib. Bu təşəbbüs 2020-ci ilə qədər tütün məhsullarının istehlakına qarşı dövlət siyasəti konsepsiyasının layihəsində əksini tapıb.

Metbuat.az-ın məlumatına görə, layihədə vergi "ekologiya vergisi" kimi əksini tapıb.

Lakin bu anlayışın özündə nəyi ehtiva etdiyi açıqlanmır.

Bununla belə, söhbətin ilk növbədə siqaret kötüklərindən getdiyi ehtimal olunur. Çünki siqaret kötükləri ətraf mühiti çirkləndirir və hazırda Rusiyada əsas zibil tipi hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR