Məşhur gimnasta yuxu dərmanı verib təcavüz etdilər -

Bədii gimnastika üzrə qızıl medal sahibi Makkeyla Maroni seksual təcavüzə məruz qaldığını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, 21 yaşlı idmançı deyib ki, həkim Larri Nassar 13 yaşından ötən ilədək Makeylanı dinc buraxmayıb.Nassar iyulda uşaq pornoqrafiyaları saxladığına görə həbs edilib və hazırda Miçiqan ştatının həbsxanasında saxlanılır.

Makkeyla iddia edir ki, Nassar ilk dəfə ona Texas ştatında, Milli Komandanın təlim düşərgəsində təcavüz edib. O zaman Makkeylanın 13 yaşı var idi. Onun dediyinə görə Nassar nə vaxt, harada imkan tapırdısa, ona əl atırdı.

Ən pisi 2011-ci ildə dünya Gimnastika Çempionatında baş verib. Həmin vaxt təyyarə ilə Tokioya uçuş zamanı həkim Nassar ona yuxu dərmanı verib.

Nəticədə o, Nassarın otel otağına çatanadək ayıla bilməyib. Nassarın otel otağında onlar tək olub və Makkeyla ayıldıqda Nassarın ona təcavüz etdiyini bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR