Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu
20:32 20 Oktyabr 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı oyunçu seçilib.

O, səslərin 51 faizini toplayıb. Cenk Tosun ("Beşiktaş") 2-ci, Kuinsi Promes  ("Spartak") 3-cü olub.

Qeyd edək ki, misirli futbolçu Çempionlar Liqasının qrup mərhələsində "Maribor"la oyunda (7:0) iki qol vurub və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, Salah qrup mərhələsinin ilk turunda da həftənin ən yaxşısı olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR