Kabildə məsciddə partlayış - 30 ölü, 20 yaralı

Kabildə məsciddə partlayış - 30 ölü, 20 yaralı
20:34 20 Oktyabr 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə məsciddə partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 30 nəfər ölüb, 20-dən çoxu yaralanıb. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir

 

Kabilin qərb bölgəsində yerləşən imam Zaman məscidində partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

 

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Məlumata görə, daha bir partlayış Əfqanıstanın Qur əyalətində törədilib. Burada terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 20-dək insan yaralanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR