Zaur Svanadze: "Son vaxtlar lazımi səviyyədə oynamırıq"

Zaur Svanadze: "Son vaxtlar lazımi səviyyədə oynamırıq"
20:37 20 Oktyabr 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Üç oyundur məğlub oluruq. Son vaxtlar lazımi səviyyədə oynamırıq. 8-9 oyunçu ilə məşq edirik".
"Report"un məlumatına görə, bunu Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib. 
Gürcüstanlı mütəxəssis heyətdəki itkilərə diqqət çəkib: "Rauf Əliyevin gedişindən sonra hücumçu mövqeyində çətinliyimiz var. Nizami Hacıyev məşq etsə də, hələ tam hazır deyil. Denis Silva xəstə olduğundan bu gün çıxış edə bilmədi. Düzdür, bunu bəhanə etmirəm, ancaq heyət sarıdan problemlərimiz var. Əvvəl də dediyim kimi, qışa kimi əzab çəkəcəyik. Bundan sonra yeni oyunçular cəlb edərək vəziyyəti düzəldə bilərik".
Z.Svanadze bildirib ki, “İnter” adı ilə çıxdıqları son oyunda qalib gəlmək istəkləri alınmayıb. Lakin o, futbolçuların klubun adına layiq çıxış etdiklərini vurğulayıb: "Növbəti turdan “Keşlə” adı altında oynayacağıq. Hazırkı oyunçularla tam hazır olmaq, keyfiyyətli məşq keçmək mümkün deyil. Rəhbərliklə danışmışam. Qışda bir neçə mövqeyə yeni futboçuların cəlb edilməsini planlaşdırırıq. Çox istərdik ki, onlar yerli futbolçu olsun. Lakin bu, çox çətin olacaq. O ki qaldı legionerə, məncə, bunu həyata keçirə bilərik".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zaur-svanadze-son-vaxtlar-lazimi-seviyyede-oynamiriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR