Mənzil bazarında qiymətlərlə bağlı PROQNOZ

Mənzil bazarında qiymətlərlə bağlı PROQNOZ
20:42 20 Oktyabr 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin sentyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər 0,46 faiz artıb.

Milli.Az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ilkin mənzillər istisna olmaqla, bazarın əsas seqmentləri sentyabrda artım nümayiş etdirib: "İkinci mənzil bazarında qiymətlər 3,25 faiz, torpaq bazarında 1,61 faiz, kommersiya obyektləri bazarında 1,5 faiz artıb. Mənzil kirayəsi sentyabr ayında 4,63 faiz, kommersiya obyektlərinin kirayəsi 5,75 faiz bahalaşıb. İlkin mənzil bazarında qiymətlərə gəlincə, sentyabrda bu, 6,56 faiz azalıb".

Ekspert qeyd edib ki, ilin əvvəlindən bazarda qiymətlər 3,28 faiz azalıb: "Mənzil kirayəsi bazarı ilin əvvəlindən 0,21 faiz artıb. Bazarın qalan seqmentlərində isə azalma müşahidə olunub. İlkin və ikinci mənzil bazarında qiymətlər müvafiq olaraq, 17,4 və 6,29 faiz azalıb. Torpaq bazarında qiymətlər il ərzində 4,2 faiz, kommersiya obyektləri bazarında 14,83 faiz, obyektlərin icarəsi bazarında isə 14,45 faiz azalıb".

Onun sözlərinə görə, sentyabr ayında qiymətlərin artımı mövsümi xarakter daşıyır: "Bu, adi haldır, yayda bir qədər azalmadan sonra payız dövründə bazar fəallaşır. Biz bu il də bu prosesi müşahidə edirik. Fikrimcə, oktyabr ayında bazar artımını davam etdirəcək, noyabrda isə qiymətlərdə bir qədər dəyişiklik olacaq. Amma ilin sonunda qiymətlər yenidən bahalaşa bilər".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/592305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR