"Neymar Messinin toyunda “Barsa"dan gedəcəyini dedi"

"Neymar Messinin toyunda “Barsa"dan gedəcəyini dedi"
20:47 20 Oktyabr 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

"Əl Sadd" klubunun futbolçusu Xavi Hernandes Neymarın "Barselona"dan ayrılmasından danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Neymarın "Barsa"dan ayrılacağı haqda onunla söhbət etdiyini bildirib:

"Messinin toyunda Neymar mənə klubunu dəyişmək istədiyini dedi. Səbəbini soruşanda cavab verdi ki, "Barselona"da xoşbəxt deyil, Avropada yeni təcrübə qazanmaq istəyir".

Xavi sabiq komanda yoldaşının qərarına hörmət etdiyini deyib: "Neymar bunu elədi. Bu, onun seçimidir, hörmət etməliyik. Düşünürəm ki, PSJ Neymar və Mbappe ilə Çempionlar Liqasını qazan bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR