"Azərbaycanın D-8 zirvə toplantısında iştirakı ölkənin İslam dünyasında vacib rolunu göstərir"

"Azərbaycanın D-8 zirvə toplantısında iştirakı ölkənin İslam dünyasında vacib rolunu göstərir"
21:05 20 Oktyabr 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakı Azərbaycanın Türkiyə və Pakistanla yanaşı İslam aləmində vacib oyunçulardan biri kimi əhəmiyyətli rolunu göstərir.

Milli.Az bildirir ki, bunu Trend-ə Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış pakistanlı politoloq Məhəmməd Asif Nur deyib.

Asif Nur qeyd edib ki, Azərbaycan strateji cəhətdən vacib region olan Cənubi Qafqazda mühüm rol oynayır:

"Azərbaycanla Türkiyə arasında diplomatik, siyasi və iqtisadi əlaqələr ən yüksək səviyyədədir və Azərbaycanın bu zirvə toplantısında iştirakı dünyaya Türkiyənin milli, regional və beynəlxalq məsələlərdə Azərbaycana böyük əhəmiyyət verdiyini aydın şəkildə göstərir".

Pakistanlı politoloq əlavə edib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilən geniş miqyaslı enerji layihələri ölkənin iqtisadi sahədə də mühüm rol oynadığını göstərir.

Qeyd edək ki, bu gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/592307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR