Avropa Birliyi ölkələri Türkiyəyə maliyyə yardımını dayandırır

Avropa Birliyi ölkələri Türkiyənin quruma üzvlüyü üçün ayrılmış maliyyə yardımını dayandırmaq qərarına gəlib.

Metbuat.az-ın məlumatına görə, Almaniya kansleri Angela Merkelin bu təşəbbüsü Avropa Birliyinin Brüsseldə başlanan toplantısında dəstəklənib.

Sammitin ilk gününün yekunları barədə məlumat verən alman kansler, qərarı Türkiyədəki insan haqlarının durumuyla əlaqələndirib.

Qeyd edək ki, qurum Ankaranın Birliyə üzvlük prosesi üçün 2014-cü ildən 2020-ci ilə qədər 4,45 milyard dollar ayırmalı idi. Lakin Avropa birliyi bu məbləğin yalnız 167 milyonunu Türkiyəyə ödəyib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR