Kirayənişin ev sahibindən 40 min dollarlıq qisas aldı

Kirayənişin ev sahibindən 40 min dollarlıq qisas aldı
21:17 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Amerikalı Aleks Ayelo Viskonski ştatında yerləşən Kenoşa şəhərində yaşadığı evi yararsız vəziyyətə salıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, evin gerçək sahibi hesab edir ki, o, bu yolla evdən çıxarılmasının intiqamını alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, evdəki kanalizasiya boruları sementlə örtülüb, evin divarlarında deşik açılıb. Bundan başqa, evin qapıları sındırılıb, tavana isə qırmızı rəng vurulub. Evə vurulan ziyanın dəyəri 40 min dollar olaraq qiymətləndirilir. Yerli polis şübhəli şəxsin həbsi üçün order yazıb. Fövqəladə durumlara görə kirayənişinin evdən çıxarılması təkcə Amerikada baş vermir. Rusiya və Türkiyə təcrübəsində də belə hallar olur.

Məsələn, sentyabrın ortasında Omskda evdən zorla çıxarılan kirayənişinlər evin qapısına benzin töküblər və sonradan qazı yandırıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR