​Almaniya kansleri çətin duruma düşdü

Almaniya kansleri Angela Merkel çətin duruma düşüb.

Metbuat.az-ın məlumatına görə, Avropa Birliyi sammitində, Türkiyənin quruma üzvlük prosesinin dayandırılmasıyla bağlı təklifini heç bir dövlət dəstəkləməyib. Merkel etiraf edib ki, Türkiyənin üzvlük məsələsi Berlinin təkidilə qurumun gündəliyinə salınıb.

Lakin iştirakçı dövlətlər belə qənaətə gəlib ki, Ankara ilə körpüləri yandırmaq olmaz. “Mən Türkiyə ilə dialoq məsələsində narahatlığımı ifadə etdim.

Qeyd etdim ki, vahid mövqenin formalaşmasının tərəfdarıyam. Amma heç kim danışıqların dayandırılması təklifimi qəbul etmədi”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR