Şəmkirdə 15 yaşlı uşaq qatil oldu

Şəmkirdə 15 yaşlı uşaq qatil oldu
21:18 20 Oktyabr 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib.

Publika.az xəbər verir ki, rayonun Zəyəm qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.

İlkin məlumata görə, T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/217780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR