"ABŞ terrorçularla əməkdaşlıq edir" -

"Suriyanın Rəqqə şəhərində PKK terror qruplaşmasının lideri Abdullah Öcalanın portretinin asılması Amerika Birləşmiş Ştatlarının terrorçularla əməkdaşlığına sübutdur".

Metbuat.az-ın məlumatına görə, Türkiyənin baş naziri Binəli Yıldırımın sözlərinə görə, belə davranışlar Ankara-Vaşinqton münasibətlərinə zərər vurur. O bəyan edib ki, Birləşmiş Ştatların bu addımı Suriyanın gələcəyini də təhlükəyə atır.

Qeyd edək ki, bir neçə gün əvvəl PKK üzvləri ABŞ-ın dəstəyi ilə Suriya Demokratik Qüvvələri adı altında Rəqqəni İŞİD-dən azad edib. Onlar bu qələbəni Öcalana həsr etdiklərini bildiriblər.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR