Saakaşvilidən tərəfdarlarına çağırış -

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili tərəfdarlarını Ali Rada önünə toplaşmağa çağırıb.

Metbuat.az-ın məlumatına görə, özünün feysbuk səhifəsində ukraynalılara müraciət edən Saakaşvili, bildirib ki, tərəfdarlarla görüşündə oliqarxlar üzərində qələbə planı haqda danışacaq.

“Ukrayna Poroşenkodan sonra” devizi altında keçiriləcək aksiyada hakimiyyətə qarşı konkret tələblər irəli sürüləcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR