"Rosneft" kürd muxtariyyəti ilə əməkdaşlıq edəcək -

Rusiyanın "Rosneft" enerji şirkəti İraqın Şimalındakı kürd muxtariyyəti ilə birgə bölgənin ən böyük neft kəməri layihəsinə 1,8 milyard dollar vəsait ayırıb.

Metbuat.az-ın məlumatına görə, "Rosneft" layihədən əldə olunacaq gəlirdən 60 faiz pay götürmək niyyətindədir.

Rusiya şirkətindən bildirilib ki, İraq mərkəzi hökumətiylə Kürd muxtariyyəti arasında neftin ixracı ilə bağlı yaranmış fikir ayrılığını onlar özləri aradan qaldırmalıdır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR