13 yaşlı yeniyetmə məktəbdə atəş açdı - ölən və yaralananlar var

13 yaşlı yeniyetmə məktəbdə atəş açdı - ölən və yaralananlar var
21:29 20 Oktyabr 2017
23 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyanın Qoyaniya şəhərində 13 yaşlı yeniyetmə məktəbdə odlu silahdan atəş açıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 2 şagird ölüb, daha 7-si yaralanıb.

 

Məlumata əsasən, yeniyetmə hərbi polisdə işləyən valideynlərinin silahından istifadə edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, yeniyetmə saxlanılıb.

 

Hazırda cinayətin motivləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR